Azərbaycanın diplomatik münasibətlər qurduğu Afrika ölkələrinin sayı 51-ə çatıb

Azərbaycanın diplomatik münasibətlər qurduğu Afrika ölkələrinin sayı 51-ə çatıb
# 18 oktyabr 2019 13:14 (UTC +04:00)

Oktyabrın 17-də Namibiyanın Efiopiyadakı səfirliyində “Azərbaycan Respublikası ilə Namibiya Respublikası arasında diplomatik münasibətlərin yaradılmasına dair Birgə Kommunike” imzalanıb.

Azərbaycanın Efiopiyadakı səfirliyindən APA-ya verilən məlumata görə, sənədi Azərbaycan tərəfindən səfir Elman Abdullayev, Namibiya tərəfindən isə səfir Emilia Mkusa imzalayıblar.

Səfir E. Abdullayev Azərbaycanın Afrika ölkələri ilə ikitərəfli, eləcə də çoxtərəfli əsasda əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini diqqətə çatdıraraq, Namibiyanın Afrikanın inkişaf etmiş dövlətlərdən biri olduğunu vurğulayıb.

Namibiya səfiri E. Mkusa da öz növbəsində Azərbaycanın uğurlu inkişaf yolunu yüksək qiymətləndirərək, Azərbaycanı Afrika ölkələrinin etibarlı tərəfdaşı olduğunu xüsusi olaraq qeyd edib.

Qeyd olunan Saziş imzalandıqdan sonra Azərbaycanın diplomatik münasibətlər qurduğu Afrika ölkələrinin sayı 51-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR