CAR-da iğtişaşlar zamanı 5 nəfər ölüb

CAR-da iğtişaşlar zamanı 5 nəfər ölüb
# 04 sentyabr 2019 01:19 (UTC +04:00)

CAR-da baş vermiş kütləvi iğtişaşlar zamanı 5 nəfər öldürülüb, xəsarət alanlar var.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Qautenq əyalətinin polis rəsmiləri məlumat yayıb.

“Yohannesburqda 5 nəfərin ödüyü qeydə alınıb”, - əhali ilə əlaqə üzrə məsul polis polkovniki Lunqelo Dlamin belə deyib. Bildirilir ki, insident zamanı xəsarət alanlar da olub ki, onların da böyük əksəriyyəti cənubi afrikalı vətəndaşlardır.

Rəsmilər bildirir ki, cəmiyyətlərarası gərginliyin davam etdiyi bölgələrə əlavə polis qüvvələri yerləşdirilib. İğtişaşlarda iştirak edən 189 nəfərin həbs olunduğu vurğulanır.

Ötən həftənin ortalarından etibarən, Yohannesburq və Pretoriya da daxil olmaqla ölkənin böyük şəhərlərində iğtişaşlar baş verib, nəticədə bir çox dükanlar talan edilib. “SABC” dövlət televiziya və radio şirkətinin məlumatına görə, şəhər zorakılığının baş verməsinin səbəbləri cəmiyyətlərarası münasibətlər və cənubi afrikalılarla digər Afrika ölkələrinin vətəndaşları arasında yaranmış qarşıdurma halları olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR