Əlcəzairdə prezident seçkilərinin vaxtı açıqlanıb

Əlcəzairdə prezident seçkilərinin vaxtı açıqlanıb
# 16 sentyabr 2019 00:08 (UTC +04:00)

Əlcəzairdə prezident seçkiləri dekabrın 12-də keçiriləcək.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin müvəqqəti prezidenti Abdulkader Bensalah deyib.

“Konstitusiya səlahiyyətləri çərçivəsində prezident seçkilərinin vaxtının 12 dekabr 2019-cu il tarixinə təyin edilməsi qərara alındı”, - deyə prezident televiziya ilə xalqa müraciətində bildirib.

Bundan əvvəl Əlcəzair ordusunun Baş Qərargah rəisi Əhməd Qaid Saleh sentyabrın 15-dək ölkədə seçki orqanı yaradılmasının və dekabrın ortalarına qədər seçkilərin keçirilməsinin lehinə danışmışdı. Bazar günü isə Əlcəzairin keçmiş ədliyyə naziri Məhəmməd Şarfi seçki komissiyasının rəhbəri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR