Konqoda  avtobus aşıb, 24 nəfər ölüb

Konqoda  avtobus aşıb, 24 nəfər ölüb
# 20 oktyabr 2019 18:39 (UTC +04:00)

Konqoda Mbanza-Nqunqu şəhəri yaxınlığında avtobus aşıb.

APA-nın xəbərinə görə, bu barədə “Actualite” nəşri məlumat yayıb.

Avtobusda 100-ə yaxın ticarətçi olub. Qəza nəticəsində ən azı 24 nəfər ölüb, yaralılar var.

Şahidlər avtobusun dağdan enərkən aşdığını və yanmağa başladığını bildiriblər. Qəzanın dəqiq səbəbi hələ məlum olmasa da, şahidlər hadisənin əyləc sistemindəki problemlə bağlı olduğunu söyləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR