Liviyada girov götürülən 6 dənizçi azad edilib

Liviyada girov götürülən 6 dənizçi azad edilib
# 01 iyul 2019 14:51 (UTC +04:00)

Liviya Milli Ordusunun rəhbəri general Xəlifə Xəftərin tərəfdarlarının girov götürdüyü 6 Türkiyə vətəndaşı sərbəst buraxılıb.

APA-nın Türkiyə bürosu Türkiyənin Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, gəmiçilər sərbəst buraxılıb, öz istəkləri ilə öncədən çalışdıqları gəmidə qalıb işləyə bilərlər.

Qeyd edək ki, Xəftərin tərəfdarları Liviya sularında Türkiyəyə məxsus “Nesa Sercan”, “Kara Bilal” və “Mina Ayşe” adlı gəmilərə basqın edərək, 6 Türkiyə dənizçisini girov götürüb.

Liviyada Muammər Qəddafinin devrilməsindən sonra ölkənin şərqini ələ keçirən və son zamanlar gücü zəifləyən Xəlifə Xəftər Ərdoğanı Liviyanın daxili işlərinə qarışmaqda ittiham edib.

Xəftər Türkiyənin Qətərlə birgə Liviyanın mərkəzi hökumətinə dəstək verdiyini və ölkənin bir qismini işğal altında saxladığını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR