Misir polisi Sinay yarımadasında 14 silahlını zərərsizləşdirib

Misir polisi Sinay yarımadasında 14 silahlını zərərsizləşdirib
# 06 iyun 2019 07:48 (UTC +04:00)

Misir polisi Sinay yarımadasının şimalında 14 silahlını zərərsizləşdirib. Onların əl-Arişdəki nəzarət məntəqəsinə silahlı hücumda iştirak etdiyi deyilir.

APA “RİA Novosti”yə istinadən məlumat verir ki, bu barədə qurumun yaydığı açıqlamada deyilir.

“Hücumçuların izlənilməsi nəticəsində silahlı qruplaşmanın əl-Msaid rayonundakı bir köhnə evdə gizləndiyini müəyyən etmək mümkün olub”, - DİN-in açıqlamasında deyilir.

Məlumata görə, silahlılar polis qüvvələrinə atəş açıb və cavab atəşi ilə məhv ediliblər. Onların üzərində 14 silah və 3 kamikadze kəməri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR