Somalidə otelə hücum zamanı ölənlərin sayı 26-ya çatıb

Somalidə otelə hücum zamanı ölənlərin sayı 26-ya çatıb
# 13 iyul 2019 13:00 (UTC +04:00)

Somalinin liman şəhəri Kismayoda otelə hücum nəticəsində ölənlərin sayı 26-ya çatıb.

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, ölənlərin arasında Keniya, ABŞ, Böyük Britaniya və Tanzaniya vətəndaşları da var.

Qətlə yetirilənlərin arasında iki nəfər jurnalist və yerli seçkilərdə iştirak edəcək bir neçə namizədin olduğu da ehtimal edilir.

Hücum nəticəsində isə ümumilikdə 56 nəfər yaralanıb.

Qeyd edək ki dünən axşam saatlarında Kismayoda yerləşən “Asasey” otelinə hücum olub. Hücumla bağlı məsuliyyəti “Əl-Şahab” terror qruplaşması öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR