Afrikanın 30 ölkəsində “omikron” ştamı yayılıb

Afrikanın 30 ölkəsində “omikron” ştamı yayılıb
# 15 yanvar 2022 01:40 (UTC +04:00)

Afrikada “omikron” variantının yayılması ilə bağlı statistika açıqlanıb.

APA-nın xəbərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı bu ştamın qitənin 30 ölkəsində aşkarlandığını bildirib.

Bir çox ölkədə “omikron” “delta”nı üstələyib. Son bir həftədə Afrikada COVİD-19-dan ölüm halları 64% artıb. Qitədə pandemiya ilə mübarizədə ən ciddi problemlərdən biri vaksinasiya tempinin aşağı olmasıdır. Afrikada əhalinin cəmi 10%-i koronavirusa qarşı peyvənd olunub, halbuki digər qitələrdə bu göstərici 50% təşkil edir. Cəmi 7 Afrika ölkəsi 2021-ci ilin sonunadək əhalinin 40%-nin peyvəndlənməsi hədəfinə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR