Anqolanın Bakıda təhsil almış sabiq prezidentinin meyiti ailəsinə verilməyib

Anqolanın Bakıda təhsil almış sabiq prezidentinin meyiti ailəsinə verilməyib
# 16 iyul 2022 04:22 (UTC +04:00)

İspaniyada vəfat etmiş Anqolanın sabiq Prezidenti Joze Eduardu duş Santuşun meyiti ailəsinə verilməyib.

APA-nın xəbərinə görə, bu barədə Kataloniya məhkəməsi qərar çıxarıb.

Qərarda göstərilir ki, ilkin müayinə zamanı sabiq prezidentin ölümünün təbii səbəbdən olduğu sübut edilsə də, qohumlarının iddiası əsasında əlavə ekspertiza təyin edilib. Lakin müayinə başa çatanadək meyit Məhkəmə Ekspertizası İnstitutunda saxlanılmalıdır.

Qeyd edək ki, ötən həftə sabiq prezidentin qızı meyitin təkrar müayinəsi üçün məhkəmədə iddia qaldırıb. O, həmçinin atasının vətəndə deyil, 2019-cu ildən bəri yaşadığı İspaniyada, təmtəraqdan uzaq şəkildə dəfn edilməsini istəyir.

Joze Eduardu duş Santuş 1979-2017-ci illərdə Anqola Prezidenti olub.
Xatırladaq ki, Santuş 1963-1969-cu illərdə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR