Çavuşoğlu Blinkenlə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib - YENİLƏNİB-2

Çavuşoğlu Blinkenlə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib - YENİLƏNİB-2
# 19 yanvar 2023 00:50 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Antoni Blinken Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə türkiyəli nazir həmkarı ilə birlikdə mətbuata açıqlamasında bildirib.

O qeyd edib ki, tərəflər Ukraynadaki vəziyyəti, Əfqanıstan və digər məsələləri də müzakirə ediblər.

***

23.51

Türkiyənın xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Antoni Blinken Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə türkiyəli nazir həmkarı ilə birgə mətbuata açıqlamasında bildirib.

O qeyd edib ki, tərəflər, həmçinin, Suriya, Ukrayna və Şərqi Aralıq dənizi ətrafında da fikir mübadiləsi aparacaq.

Çavuşoğlu, F-16 qırıcılarının Türkiyəyə tədarükünün NATO və ABŞ üçün də vacib məsələ olduğunu vurğulayıb.

***

23.09

Vaşinqtonda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Antoni Blinken arasında görüş başlayıb.

Bu barədə APA-nın İstanbul müxbirinə Türkiyə XİN-dən bildirilib.

Qeyd edək ki, görüş Türkiyə-ABŞ Strateji Mexanizmi çərçivəsində keçirilir və bir sıra regional məsələlər, o cümlədən F-16 qırıcılarının Türkiyəyə tədarükünün müzakirə olunacağı gözlənilir.

Görüş zamanı Çavuşoğlu Türkiyə və ABŞ-nın NATO çərçivəsində terrorla birgə mübarizə aparmaqlarının vacibliyindən də söhbət açacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR