Cənubi Afrika parlamentindəki yanğına görə 1 nəfər həbs edilib - YENİLƏNİB - FOTO - VİDEO

Cənubi Afrika parlamentindəki yanğına görə 1 nəfər həbs edilib  - YENİLƏNİB   - FOTO   - VİDEO
# 03 yanvar 2022 01:06 (UTC +04:00)

Cənubi Afrika Respublikasının (CAR) parlamentində bazar günü baş vermiş yanğına görə 1 nəfər həbs edilib.

APA-nın “Le Monde”a istinadla xəbərinə görə, şübhəli şəxsi xüsusi təyinatlılar binanın içində həbs edib. O, yanvarın 3-də hakim qarşısına çıxarılacaq. 51 yaşlı şəxs qəsdən yanğın törətməkdə ittiham edilir.

***

13.26

Cənubi Afrika rəsmiləri parlamentdəki yanğına nəzarət etdiklərini, lakin yanğının hələ də söndürülmədiyini bildiriblər.

APA bildirir ki, bu barədə “RİA Novosti” agentliyinin telegram səhifəsi məlumat yayıb.

Qeyd olunur ki, Keyptaun kompleksi bir neçə binadan ibarətdir. Ora 19-cu əsrin köhnə binası və 1920-1980-ci illərdə yeni tikilən aşağı palatanın yerləşdiyi tikililər aiddir.

***

Saat 10:51

Bu gün Cənubi Afrika parlamentinin Keyptaundakı binasında yanğın baş verib.

APA bildirir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

Hadisə şahidlərinin agentliyə verdiyi məlumata görə, parlament binası üzərində qatı tüstü qalxır.

Xəbər şəhər fövqəladə hallar xidmətinin nümayəndəsi tərəfindən təsdiqlənib. Onlar yanğını söndürmək üçün əlavə qüvvələr tələb ediblər.

Yanğının lokallaşdırılması hələ ki mümkün deyil.

Zərərçəkənlər barədə məlumat verilmir. Yanğının baş vermə səbəbi müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR