Keniyada sinif otağının uçması nəticəsində yeddi şagird ölüb

Keniyada sinif otağının uçması nəticəsində yeddi şagird ölüb
# 23 sentyabr 2019 13:28 (UTC +04:00)

Keniyanın paytaxtı Nayrobidə sinif otaqlarından biri uçub.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, sentyabrın 23- dərsin başlamasından bir neçə dəqiqə sonra taxtadan olan sinif otağı dağılıb. Hadisə nəticəsində 7 şagırd ölüb, onlarla şagird dağıntılar altında qalıb.

Əraziyə xilasetmə xidməti cəlb olunsa da, ətrafda yaranmış böyük izdiham sabəbindən xilasedicilər məktəbə girməyə çətinlik çəkiblər.

Məktəbin direktoru Moses Ndirangu bildirib ki, faciəyə kanalizasiya borularında yaranmış nasazlıq səbəb olub. Borudan su sızmalarının tikilinin özülünü zəiflətdiyi güman olunur.

Yaralılar xəstəxanalara yerləşdirilib.

Xilasetmə işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR