Nigeriyanın keçmiş lideri Ernest Şonekan vəfat edib

Ernest Şonekan

© APA | Ernest Şonekan

# 11 yanvar 2022 23:34 (UTC +04:00)

Nigeriyanın keçmiş dövlət başçısı Ernest Şonekan çərşənbə axşamı Laqosda 85 yaşında vəfat edib.

APA xəbər verir ki, bu barədə Nigeriyanın “Premium Times” qəzeti məlumat yayıb.

Nigeriyanın hazırkı prezidenti Muhammadu Buxari Şonekanın ölümü ilə bağlı başsağlığı verərək onu “sülhpərvər” adlandırıb.

Qeyd edək ki, E.Şonekan 1993-cü il avqustun 26-dan noyabrın 17-dək kütləvi iğtişaşlar nəticəsində prezident general İbrahim Babangida rejimini əvəz edən Müvəqqəti Milli Hökumətin başçısı kimi Nigeriyada ən yüksək dövlət vəzifəsini tutub.

Üç aydan az müddətdə hakimiyyətdə olan Şonekan general Sani Abaçanın başçılıq etdiyi hərbi çevriliş nəticəsində tutduğu vəzifədən uzaqlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR