TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar azalıb

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar azalıb
  • Clock-gray 13:10
  • calendar-gray 16 Sentyabr 2019

Bu ilin yanvar-iyul aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 29 952,4 min ton olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% azdır.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə dəhlizin Azərbaycan hissəsində yüklərin 19643,4 min tonu və ya 65,6% avtomobil nəqliyyatı, 7340,8 min tonu və ya 24,5% dəmir yolu nəqliyyatı, 2968,2 min tonu və ya 9,9% dəniz nəqliyyatı ilə daşınmışdır.

“Dəhliz vasitəsilə daşınmış yüklərin 15,4%-i və ya 4 619,3 min tonunu tranzit yüklər təşkil edib”, - məlumatda qeyd edilir.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date