ABŞ müdafiə naziri gələn həftə Sinqapur, Hindistan və Fransaya səfər edəcək

Lloyd Ostin

© APA | Lloyd Ostin

# 26 may 2023 11:48 (UTC +04:00)

Pentaqon rəhbəri Lloyd Ostin gələn həftə Yaponiya, Sinqapur, Hindistan və Fransaya səfər edəcək.

APA xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, nazir Hind-Sakit Okean regionuna yeddinci rəsmi səfəri çərçivəsində Yaponiyanın müdafiə naziri Yasukazu Hamada və digər yüksək vəzifəli rəsmilərlə görüşmək, həmçinin Yaponiyada yerləşən ABŞ qoşunlarının hərbi hissəsinə getmək üçün Tokioya səfər edəcək.

Yaponiyadan Pentaqon başçısı Sinqapura gedəcək və orada keçiriləcək “Şanqri-La Dialoqu” adlı Şərqi Asiya regional təhlükəsizlik konfransının plenar iclasında çıxış edəcək.

ABŞ müdafiə nazirinin növbəti səfəri Yeni Dehliyə olacaq. Orada Hindistanın müdafiə naziri Rajnath Singh və digər yüksək vəzifəli şəxslərlə görüşəcək.

Lloyd Ostin sonuncu olaraq Fransaya səfər edəcək. Səfər çərçivəsində Fransa, Böyük Britaniya müdafiə nazirləri Sebastyan Lekornu və Ben Uolles görüşlər planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR