ABŞ 62 milyard dollarlıq "F-16" satışını təsdiqləyib

ABŞ 62 milyard dollarlıq "F-16" satışını təsdiqləyib
  • Clock-gray 06:52
  • calendar-gray 15 Avqust 2020

ABŞ “Lockheed Martin” şirkətinə 90 ədəd “F-16” qırıcı təyyarələrin 62 milyard dollara satışını təsdiqləyib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun məlumatında bildirilib.

62 milyard dollarlıq satışa tədarükün həyata keçiriləcəyi digər ölkələr də daxil ola bilər. Müqavilə kodlarından görünür ki, söhbət Çinlə ABŞ arasında gərginləşən münasibətlər fonunda Tayvana 66 “F-16” təyyarələrinin tədarükündən gedir. Pentaqon bundan əvvəl “F-16” alıcıları arasında Mərakeşin də adını çəkib.

Qeyd edək ki, bu, “F-16”-nın Tayvana ilk satışıdır, ancaq bu cür satışlar hələ 1992-ci ildə dı təsdiqlənmişdi.

Ümumilikdə ABŞ-ın hərbi-sənaye korporasiyası “Lockheed Martin” xaricdə 400-ə qədər yeni döyüş maşını satmağı planlaşdırır.

apa-logo-mini

Digər xəbərlər