ABŞ Konqresindəki iğtişaşlar zamanı 50-dən çox polis əməkdaşı xəsarət alıb

ABŞ Konqresindəki iğtişaşlar zamanı 50-dən çox polis əməkdaşı xəsarət alıb
# 07 yanvar 2021 22:02 (UTC +04:00)

ABŞ-da Kapitoli binası ətrafında baş vermiş iğtişaşlar zamanı 50-dən çox hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb. Onlardan bir neçəsi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

APA TASS-a istinadən xəbər verir ki, bunu Kapitoli polisinin rəhbəri Stiven Sand öz açıqlamada bildirib.

“Kapitoli və paytaxt polisinin 50-dən çox əməkdaşı xəsarət alıb. Bir neçə Kapitoli polisi ağır xəsarətlə xəstəxanaya yerləşdirilib”, - Sandın açıqlamasında belə deyilir.

İğtişaşlar zamanı saxlanılan şəxslərin ətrafında araşdırmalar gedir. Polis müşahidə kameraları əsasında iğtişaşların digər iştirakçılarını da müəyyən etməyə çalışır.

Konqresdəki iğtişaşlar zamanı qadını güllələyərək öldürən polis əməkdaşı istintaq müddətində işindən kənarlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR