ABŞ Səudiyyə Ərəbistanındakı hərbi bazalarını gücləndirəcək

ABŞ Səudiyyə Ərəbistanındakı hərbi bazalarını gücləndirəcək
# 29 yanvar 2021 17:05 (UTC +04:00)

“ABŞ yaxın vaxtlarda Səudiyyə Ərəbistanındakı hərbi bazalarını gücləndirəcək”.

APA-nın məlumatına görə, bunu Pentaqonun mətbuat katibi Anton Semelrot bildirib.

Onun sözlərinə görə, Müdafiə Nazirliyi hazırda Yaxın Şərq və İran körfəzi zonasındakı mövqeyini dəyərləndirir, risklər və tələblər arasında balans yaratmağa çalışır.

Tramp administrasiyası dövründə Səudiyyə Ərəbistanına silah satışının dayandırıldığına gəlincə, A. Semelrot bunu həmin dövrdə verilmiş müvəqqəti qərar adlandırıb: “Bu addım Bayden administrasiyasının şəffaflıq və mükəmməl idarəçilik prinsiplərinə sadiqliyini göstərir. Hesab edirik ki, silah satışı üzrə siyasətimiz tərəfdaşlar üçün risklərə qarşı etibarlı müdafiə sistemləri yaratmaq istəyimizlə düz mütənasib olmalıdır”.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Kennet Makkenzi Pentaqonun Səudiyyə Ərəbistanına silah satışı üzrə ilkin razılaşma əldə olunduğunu açıqlayıb. O bildirib ki, razılaşdırılan məqamlar arasında İranla mümkün müharibə vaxtı Səudiyyə Ərəbistanının qərbindəki aviabaza və dəniz limanlarından istifadə məsələsi də var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR