ABŞ-da 5.1 maqnitudalı zəlzələ olub

ABŞ-da 5.1 maqnitudalı zəlzələ olub
# 09 avqust 2020 17:10 (UTC +04:00)

Bu gün ABŞ-ın Şimali Karolina ştatında 5.1 maqnitudalı zəlzələ olub.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin ocağı 1,7 min insanın yaşadığı Sparta qəsəbəsindən 3 km cənub-şərqdə, 9,2 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR