ABŞ-da “Laura” qasırğası qurbanlarının sayı 16-ya çatıb

ABŞ-da “Laura” qasırğası qurbanlarının sayı 16-ya çatıb
# 30 avqust 2020 04:18 (UTC +04:00)

ABŞ-ın Luiziana və Texas ştatlarında "Laura" qasırğası qurbanlarının sayı 16-ya çatıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Luiziana Səhiyyə İdarəsi məlumat yayıb.

Bildirilib ki, ölənlər 84 yaşlı kişi və 80 yaşlı qadındır: Qasırğanın yaratdığı fəsadlar səbəbindən elektrik generatoru düzgün işləməyib və nəticədə yaranan dəm qazı hər iki şəxsin həyatına son qoyub”.

Qeyd edək ki, Texas, Luiziana və Arkanzasda 508,6 mindən çox sakin işıqsız qalıb.

Küləyin sürətinin təqribən, 17.5 m/s-yə çatdığı bildirilir.

Xatırladaq ki, ötən gecə fəlakət nəticəsində 14 nəfər dünyasını dəyişmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR