ABŞ-da "Microsoft"un işində nasazlıq yaranıb

ABŞ-da "Microsoft"un işində nasazlıq yaranıb
  • Clock-gray 04:57
  • calendar-gray 02 Aprel 2021

“Microsoft 365” proqram sahəsindəki bir sıra xidmətlərdə nasazlıq yaranıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə məşhur internet-resursların fəaliyyətini izləyən “Downdetector” xidmətinin məlumatında qeyd olunub.

Şikayətlər əsasən ABŞ istifadəçiləri tərəfindən edilib.

Nasazlıq daha çox qrup işi üçün nəzərdə tutulan “Microsoft Teams” platformasında müşahidə edilib: istifadəçilərin 76%-i serverlə əlaqə qurmaqda çətinlik çəkir, 20%-i öz hesablarına, daha 3%-i sayta daxil ola bilmir.

Ən çox şikayət ölkənin şərq və qərb sahillərində yaşayan istifadəçilərdən gəlib.

apa-logo-mini

Digər xəbərlər