ABŞ-da son sutkada COVID-19-a 37 mindən çox yoluxma qeydə alınıb

ABŞ-da son sutkada COVID-19-a 37 mindən çox yoluxma qeydə alınıb
  • Clock-gray 19:30
  • calendar-gray 15 Mart 2021

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 37 669 yoluxma halı qeydə alınıb, 564 nəfər vəfat edib.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Con Hopkins Universiteti yayıb. 

Bununla da ABŞ-da koronavirusa yoluxanların sayı 29 439 277-yə çatıb. 

ABŞ-da indiyədək COVID-19-dan 534 890 nəfər ölüb.

apa-logo-mini

Digər xəbərlər