ABŞ-ın Portlend şəhərində polislə qarşıdurma zamanı 21 nəfər saxlanılıb

ABŞ-ın Portlend şəhərində polislə qarşıdurma zamanı 21 nəfər saxlanılıb
# 06 iyul 2020 06:30 (UTC +04:00)

ABŞ-IN Oreqon ştatında, Portlend şəhərində etirazçılarla polis qüvvələri arasında baş verən qarşıdurmadan sonra 21 nəfər aksiya iştirakçısı saxlanılıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Saxlanılanlar ictimai asayişi pozmaqda, polisə hücumda və iğtişaşlarda şübhəli bilinirlər. Bundan əlavə, bəziləri dövlət əmlakına ziyan vurmaqda və ABŞ-ın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarına hücum etməkdə günahlandırılırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR