ABŞ-ın yeni Prezidenti Baydenə qarşı bir neçə maddə üzrə impiçment tələbi irəli sürülüb

ABŞ-ın yeni Prezidenti Baydenə qarşı bir neçə maddə üzrə impiçment tələbi irəli sürülüb
  • Clock-gray 14:45
  • calendar-gray 22 Yanvar 2021

ABŞ-ın Nümayəndələr Palatasında Prezident Co Baydenə qarşı bir neçə maddə üzrə impiçment tələbi irəli sürülüb.

APA-nın “Independent”ə istinadən verdiyi xəbərə görə, ABŞ-ın Corciya ştatının 14-cü konqres bölgəsi üzrə nümayəndəsi Marjorie Taylor Qrin Co Baydenin prezident səlahiyyətlərinin icrasına başlamasının ertəsi günü ona bir neçə maddə üzrə impiçment tələbi irəli sürüb.

Konqres üzvü qeyd edib ki, Co Bayden prezidentlik ofisinə uyğun deyil. O, Co Baydeni vitse-prezident olduğu müddətdə səlahiyyətindən sui-istifadə etməkdə və qohumbazlıqda günahlandırıb. 

Zümrüd Paşkin

Digər xəbərlər