ABŞ münasibətlərin pisləşməsində Rusiyanı günahlandırır

ABŞ münasibətlərin pisləşməsində Rusiyanı günahlandırır
  • Clock-gray 00:23
  • calendar-gray 02 Aprel 2021

ABŞ maraqların taktiki təsadüfünü istisna etmədən münasibətlərin pisləşməsinə görə Rusiyanı günahlandırır.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays Rusiya xarici işlər naziri Sergey Lavrovun ikitərəfli əlaqələrin vəziyyəti ilə bağlı sözlərini şərh edərkən jurnalistlərə bildirib.

“Mən rusiyalı nazirin sözlərini bilirəm, ancaq eyni zamanda onların hansı fonda deyildiyini də. Rusiya ilə ikitərəfli münasibətlərimizdə niyə bu yerə gəlib çıxdığımız bizim üçün vacibdir”, - Prays belə deyib.

O, ABŞ-ın Rusiyaya qarşı iddialarının siyahısına “2016 və 2020-ci illərdə demokratiyaya hücumu”, Amerika əsgərlərinin öldürülməsi üçün “Taliban” döyüşçülərinin mükafatlandırılmasını, kiberhücumlar və “SolarWinds”in sındırılması ittihamları, Aleksey Navalnının saxlanılması və Ukrayna məsələsini daxil edib. Bu ittihamlar, Praysln fikrincə, ikitərəfli münasibətlərin pisləşməsinin səbəbidir. Moskva isə bütün ittihamları rədd edir.

“Rusiya ilə sabit və proqnozlaşdırıla bilən münasibətlər axtardığımız hələ də doğrudur. Bu qədər dərin fikir ayrılıqlarımızın olması və münasibətlərin bugünkü yerə gəlib çıxması maraqların taktiki təsadüf sahələrinin olmayacağı demək deyil”, - deyə Prays əlavə edib.

Sərxan Kamallı

Digər xəbərlər