ABŞ “Ənsar Allah” qruplaşmasını terror təşkilatı elan etmək niyyətindədir

ABŞ “Ənsar Allah” qruplaşmasını terror təşkilatı elan etmək niyyətindədir
# 11 yanvar 2021 08:20 (UTC +04:00)

ABŞ “Ənsar Allah” (husilər) üsyançı hərəkatını yanvarın 11-də terror təşkilatlarının siyahısına daxil etmək niyyətindədir.

APA Reuters-ə istinadən xəbər verir ki, bu halda Yəmən qruplaşmasının ABŞ-dakı aktivləri dondurulacaq, vətəndaşlara və ya şirkətlərə sözügedən təşkilatla ticarət etməsi qadağan ediləcək.

Qeyd edək ki, 2014-cü ilin avqust ayından bəri Yəməndə hökumət qüvvələri ilə husilər arasında qarşıdurma davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR