ABŞ prezidenti amerikalıların Boris Consonun tezliklə sağalması üçün dua etdiyini bildirib

ABŞ prezidenti amerikalıların Boris Consonun tezliklə sağalması üçün dua etdiyini bildirib
  • Clock-gray 08:24
  • calendar-gray 06 Aprel 2020

ABŞ Prezidenti Donald Tramp koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilən Böyük Britaniyanın Baş naziri Boris Consona amerikalılar adından tezliklə sağalmağı arzulayıb. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri jurnalistlər qarşısında keçirdiyi brifinqdə deyib.

"Virusa qarşı fərdi mübarizə aparan Baş nazir Boris Consona ölkəmiz adından xoş arzularımı bildirmək istəyirəm. Bütün amerikalılar onun tez sağalması üçün dua edir. O, mənim dostum və böyük bir insan, böyük bir liderdir", - deyə Tramp bildirib.

ABŞ Prezidenti Baş nazirin tezliklə sağalacağına əminliyini ifadə edib: "Ümid edirəm və əminəm ki, onun səhhəti ilə bağlı hər şey yaxşı olacaq. Güclü adamdır, güclü şəxsiyyətdir".

 

Rəşad Sarıyev

Digər xəbərlər

Arxiv

date