Braziliyada bir gündə 13,4 mindən çox insanda COVID-19 virusu aşkarlanıb

Braziliyada bir gündə 13,4 mindən çox insanda COVID-19 virusu aşkarlanıb
  • Clock-gray 05:39
  • calendar-gray 22 Sentyabr 2020

Braziliyada son sutka ərzində daha 13 439 nəfərin koronavirus infeksiyasına yoluxması, 377 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 4 558 068 nəfər yoluxub. Bu müddət ərzində 137 272 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 3 887 199 xəstə müalicə olunaraq sağalıb.

apa-logo-mini

Digər xəbərlər