Braziliyada koronavirusa 45 mindən çox yeni yoluxma qeydə alınıb

Braziliyada koronavirusa 45 mindən çox yeni yoluxma qeydə alınıb
# 08 iyul 2020 04:56 (UTC +04:00)

Braziliyada son sutka ərzində daha 45 305 nəfərin koronavirus infeksiyasına yoluxması təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 1 668 589 nəfər yoluxub. Bu müddət ərzində 66 741 koronaviruslu xəstə dünyasını dəyişib, son sutkada isə bu rəqəm 1254 nəfər olub.

Həmçinin bu günədək 976 977 xəstə müalicə olunaraq sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR