Çilidə güclü zəlzələ olub

Çilidə güclü zəlzələ olub
# 03 dekabr 2020 07:58 (UTC +04:00)

Çilinin şimalındakı Antofaqasta vilayətində 5,2 bal gücündə zəlzələ qeyd alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin ocağı 67 km dərinlikdə, episentri isə vilayətin mərkəzi Antofaqasta şəhərinin cənub-şərqindən 129 km məsafədə yerləşib.

Zəlzələdən sonra dağıntı və itki barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR