KİV: Koronavirusla bağlı vəziyyət pisləşəcəyi halda Pentaqon Ağ Evi təxliyə etməyə hazırdır

KİV: Koronavirusla bağlı vəziyyət pisləşəcəyi halda Pentaqon Ağ Evi təxliyə etməyə hazırdır
# 17 aprel 2020 15:34 (UTC +04:00)

Pentaqon COVİD-19 virusunun yayılması ilə əlaqədar vəziyyətin pisləşəcəyi təqdirdə ölkə rəhbərliyini Vaşinqtondan təxliyə etmək üçün xüsusi hərbi tapşırıq qruplarından birini hazır vəziyyətə gətirib.

APA-nın "The News Week" nəşrinə istinadən verdiyi xəbərə görə, müvafiq qrupun hazır vəziyyətə gətirilməsi üçün qərar martın 16-da verilib.

Artıq aktivləşdirilən bu xüsusi hərbi tapşırıq qrupunun xarici və yerli hücumlar olarsa, Vaşinqtonu müdafiə etmək və hətta lazım gələrsə, Ağ Evin və digər vacib hökumət idarələrini alternativ yerlərə köçürmək icazəsi var.

Aktivləşdirilən Birgə Tapşırıq Qüvvələri Milli Paytaxt Regionu (Joint Task Force National Capital Region -JTF-NCR) adlanan bu xüsusi qrupa Vaşinqtonu sudan, havadan və qurudan müdafiə etmək tapşırılıb.

JTF-NCR-ə ehtiyac duyulacağı təqdirdə hökumətin fəaliyyətinin davamlılığını təmin etmək üçün xüsusən mülki və hərbi liderlərin gizli yerlərə köçürülməsi ilə şəhərin boşaldılması ilə bağlı əmr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR