Kamala Harrisin ABŞ-da vitse-prezidentliyə seçilən ilk qaradərili qadın olacağı proqnozlaşdırılır

Kamala Harrisin ABŞ-da vitse-prezidentliyə seçilən ilk qaradərili qadın olacağı proqnozlaşdırılır
  • Clock-gray 05:10
  • calendar-gray 08 Noyabr 2020

Kamala Harris ABŞ-ın vitse-prezidenti olacağı proqnozlaşdırılan ilk qaradərili qadın olaraq tarix yazır. 

APA “voice america”ya istinadən xəbər verir ki, Harris iki əsrdən çoxdur ki, ABŞ siyasətinin ən yüksək səviyyələrində kişilərin, ələlxüsus da ağdərili kişilərin olmasını təmin edən baryerləri aradan qaldırır.

56 yaşlı kaliforniyalı senator həmçinin vitse-prezidentliyə seçilən ilk Cənubi Asiya mənşəli insandır. 

Harris son iyirmi ildir Demokratlar partiyasını təmsil edir. O, San-Fransiskonun rayon prokuroru, Kalifornaiyanın baş prokuoru, daha sonra isə ABŞ senatoru olub. Harris 2020-ci il seçki kampaniyası başa çatdırandan sonra Co Bayden onu vitse-prezidentliyə namizəd göstərdi. 

Harris Senata seçilən ikinci qaradərili qadındır. O, 1964-cü ildə dünyaya gəlib. 

Valideynləri vətəndaş haqları hərəkatında fəal olan Hindistandan olan Şiamala Qopalan və yamaykalı Donald Harrisdir. 

Qeyd edək ki, Bayden və Harrisin yanvarın 20-də andiçmə mərasimindən sonra prezident və vitse-prezident vəzifəsinə başlayacaqları bildirilir.

 

apa-logo-mini

Digər xəbərlər