Kanadada silahlı insident zamanı bir uşaq ölüb

Kanadada silahlı insident zamanı bir uşaq ölüb
  • Clock-gray 06:53
  • calendar-gray 27 Noyabr 2020

Kanadanın Ontario əyalətində polisin iştirakı ilə baş vermiş atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “CBC” telekanalı məlumat yayıb.

Hadisə Torontodan 135 km şimal-şərqdə yerləşən Kavarta-Leyks qəsəbəsində qeydə alınıb. Bir silahlı şəxslə polis arasında olan atışmada yaşı hələlik dəqiqləşdirilməyən bir oğlan uşağı ölüb. Həmçinin bir polis əməkdaşı və həmin silahlı şəxs ağır yaralanıb. Şübhəli şəxs bundan sonra saxlanılıb.

Hazırda istintaq gedir. Digər detallar barədə hələ ki məlumat verilməyib.

apa-logo-mini

Digər xəbərlər