Kolumbiyada avtobusun qayaya çırpılması nəticəsində 9 sərnişin ölüb, 10-u yaralanıb

Kolumbiyada avtobusun qayaya çırpılması nəticəsində 9 sərnişin ölüb, 10-u yaralanıb
# 25 yanvar 2020 03:18 (UTC +04:00)

Kolumbiyanın qərbində 9 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “El Tiempo” nəşri məlumat dərc edib.

Pan Amerika şossesi ilə hərəkət edən sərnişin avtobusunun sürücüsü idarəetməni itirərək qayaya çırpılıb. Nəticədə 9 sərnişin yerindəcə ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

İlkin məlumatlara görə, qəzaya səbəb avtobusun əyləcindəki nasazlıq olub.

Faktla bağlı istintaq başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR