ABŞ Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım paketini elan edib - YENİLƏNİB

ABŞ Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım paketini elan edib - YENİLƏNİB
# 10 may 2024 20:38 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden Kiyevə 400 milyon dollar məbləğində yeni hərbi yardım göndərilməsinə dair göstəriş verib.

APA xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatında deyilir.

“Amerika lideri Ukraynaya ümumi məbləği 400 milyon dollara qədər olan yardım üçün ölkənin Müdafiə Nazirliyinə müdafiə məhsulları və xidmətləri ayırmaq üçün ABŞ dövlət katibinə səlahiyyət verib”, - bəyanatda deyilir.


***
19:15

ABŞ Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım paketini elan edəcək.

APA xəbər verir ki, bu barədə "Politico" Konqresə göndərilən bildirişə və iki ABŞ rəsmisinə istinad edərək məlumat yayıb.

Nəşrin xəbərinə görə, artıq ABŞ ehtiyatlarında olan silahların ötürülməsini nəzərdə tutan paketə yeni “Patriot” raketləri, “Stinger” zenit raketləri, “Bradley” döyüş maşınları, MRAP-lar, “Javelin” zirehli sistemləri və digər döyüş sursatları daxildir.

Qeyd edək ki, bu, Konqres aprelin sonunda Ukrayna üçün əlavə maliyyələşdirməni təsdiqlədikdən sonra Kiyevə üçüncü yardım tranşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR