Kolumbiyada mədəndə qalan dörd şaxtaçı xilas edilib

Kolumbiyada mədəndə qalan dörd şaxtaçı xilas edilib
# 21 mart 2021 05:09 (UTC +04:00)

Kolumbiyanın qərbində yerləşən bir mədəndə çıxılmaz vəziyyətdə qalan dörd şaxtaçının xilas edilməsi istiqamətində aparılan əməliyyat uğurla başa çatıb.

APA xəbər verir ki, bu barədə yerli “La FM” radiostansiyası məlumat yayıb.

Məlumata görə, insident şənbə günü günortadan sonra Kali bələdiyyəsində yerləşən kömür mədənində baş verib. Bir qrup şaxtaçı özlərini dağıntılar altında qalıb. Hadisə yerinə xilasedicilər və həkimlər cəlb olunub. Xilas edilən şaxtaçılar müxtəlif dərəcəli xəsarətlərlə yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Rəsmi qurumlar hadisə ilə bağlı araşdırmalara başlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR