Manuel Marrero Kruz Kubanın Baş naziri təyin edilib

Manuel Marrero Kruz Kubanın Baş naziri təyin edilib
# 22 dekabr 2019 02:21 (UTC +04:00)

Kubanın Xalq Hakimiyyəti Milli Məclisinin (bir palatalı parlament) deputatları hazırkı turizm naziri Manuel Marrero Kruzun Baş Nazir vəzifəsinə namizədliyini təsdiqləyib.

APA TASS-a istinadən yazır ki, bu barədə məclisin "twitter" səhifəsində məlumat verilib.

Qeyd edilib ki, Kruzun namizədliyi Kuba Prezidenti Miquel Diaz-Kaneli tərəfindən irəli sürülüb.

605 deputatdan ibarət parlament bu namizədliyi yekdilliklə dəstəkləyi. İclas dövlət televiziyasında canlı yayımlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR