Meksikanın cənubunda yerləşən Çiapas əyalətinin La Kampana kəndi yaxınlığında sərnişin avtobusu aşıb.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə “Milenio” qəzeti məlumat dərc edib.
Hadisə zamanı azı 13 nəfər ölüb, 25 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Yaralılar xəstəxanalara yerləşdirilib.
Qəzanın başvermə səbəbləri araşdırılır.