Meksikada iki avtobusun toqquşması nəticəsində ölənlərin sayı 16-ya çatıb - YENİLƏNİB

Meksikada iki avtobusun toqquşması nəticəsində ölənlərin sayı 16-ya çatıb - YENİLƏNİB
  • Clock-gray 23:15
  • calendar-gray 06 Aprel 2021

Meksikanın Sonora ştatında iki avtobusun toqquşması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb. 

APA xəbər verir ki, bu barədə “El Universal” nəşri məlumat yayıb.

Qeyd edilib ki, sərnişinlərdən 13 nəfəri müxtəlif dərəcəli bədən xasarətləri alıb. 

 

***

21:10

Meksikanın Sonora ştatında iki avtobusun toqquşması nəticəsində 13 nəfər ölüb.

APA-nın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin regional idarəsinin rəhbəri Enrike Klausen “Twitter” səhifəsində bildirib.

Hadisə Kaborka - Sonoyota şəhərləri arasındakı magistral yolda baş verib.

Qəza yerinə xilasedicilər və təcili yardım briqadası cəlb edilib. Yaralılar xəstəxanalara aparılıb.

Qəzanın başvermə səbəbi açıqlanmayıb.

 

apa-logo-mini

Digər xəbərlər