Meksikada koronavirusa yoluxma hallarının artması səbəbindən məktəblər yeni tədris ilində açılmayacaq

Meksikada koronavirusa yoluxma hallarının artması səbəbindən məktəblər yeni tədris ilində açılmayacaq
  • Clock-gray 02:34
  • calendar-gray 04 Avqust 2020

“Ölkədə koronavirusa yoluxma hallarının artması səbəbindən məktəblər tədris ilinin əvvəlində - avqustun 24-də açılmayacaq”.

APA BBC-yə istinadən xəbər verir ki, bunu Meksikanın Təhsil naziri Esteban Moktezuma açıqlamasında bildirib.

Pandemiyanın dövrümüzün ən böyük çətinliklərindən biri olduğunu deyən nazir bu qərarın şagirdlərin və müəllimlərin sağlamlığının qorunması üçün verildiyini bildirib: “Bu səbəbdən hökumət dərslərin efir vasitəsilə yayımlanmasını qərara alıb. Bunun üçün böyük televiziya şəbəkələri ilə razılaşma əldə edilib”.

Qeyd edək ki, Meksikada koronavirusdan ölənlərin sayı 47 mindən çoxdur. Bu günədək 439 mindən çox yoluxma halı qeydə alınıb. 

 

Rəşad Sarıyev

Digər xəbərlər