Nyu-Yorkun qubernatoru ittihamlara baxmayaraq, vəzifəsindən getməyi düşünmür

Nyu-Yorkun qubernatoru ittihamlara baxmayaraq, vəzifəsindən getməyi düşünmür
# 21 mart 2021 01:12 (UTC +04:00)

ABŞ-ın Nyu-York ştatının qubernatoru Endryu Kuomo davranışı ilə bağlı ona qarşı ittihamların artmasına baxmayaraq, istefa vermək fikrində deyil.

APA xəbər verir ki, bu barədə “New York Post” qəzeti özəl mənbəyə istinadən məlumat yayıb.

“İstefa verməyəcək. İstefaya getməsi üçün heç bir əsas yoxdur. Buna heç bir səbəb yoxdur”, - deyə qəzet vəziyyətlə tanış olan mənbədən sitat gətirib.

Mənbənin fikrinə görə, Kuomo böhran vəziyyətində idarəçiliyin öhdəsindən çox yaxşı gəlir: “O, həmişə belə olub. Çətin vaxtlarda onun ən yaxşı keyfiyyətləri özünü göstərib”.

Keçən çərşənbə günü Nyu-York qubernatoru bildirib ki, yerli qanunvericilərin təşəbbüsü ilə başladılan məhkəmə prosesi bitənə qədər cinsi zorakılıq ittihamları ilə bağlı açıqlama vermək niyyətində deyil.

Qeyd edək ki, qubernatorun keçmiş işçiləri də daxil olmaqla, bir neçə qadın, güclü siyasətçi olan Kuomonu cinsi təcavüz və ya yaraşmayan davranışda günahlandırıb. Sonradan bu ittihamlara Kuomonun hazırkı köməkçisi də qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR