Paraqvay hökuməti koronavirusla əlaqədar məmurların məvaciblərini azaldıb

Paraqvay hökuməti koronavirusla əlaqədar məmurların məvaciblərini azaldıb
# 31 mart 2020 01:24 (UTC +04:00)

Paraqvay hökuməti dövlət aparatında yaradılmış koronavirusla mübarizə fonduna əlavə vəsait ayırmaq məqsədilə məmurların məvaciblərinin 20% azaldılması barədə qərar qəbul edib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Paraqvay Prezidenti Mario Abdo Benitez bildirib ki, məqsəd koronavirusla mübarizə fonunda səhiyyə sektorunun gücləndirilməsidir.

Üç ay müddətində məvacibləri 10 və 20% azaltmaqla, səhiyyə sistemində təxminən 52 milyon dollar vəsaitə qənaət edildiyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR