Suriyanın şimalında ABŞ hərbi kontingentinin sayı azaldılıb

Suriyanın şimalında ABŞ hərbi kontingentinin sayı azaldılıb
# 05 dekabr 2019 11:52 (UTC +04:00)

Suriyanın şimalında ABŞ hərbi kontingentinin yerinin dəyişdirilməsi və onların sayının azaldılması prosesi başa çatıb.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Müdafiə naziri Mark Esper bildirib.

Müdafiə naziri deyib ki, Suriyada ABŞ ordusunun yerinin dəyişdirilməsi və sayının azaldılmasından sonra 600 əsgər Suriyanın digər ərazilərində daha sabit mövqelərdə yerləşdirilib.

M. Esper əlavə edib ki, saxlanılan qüvvələr lazım olduğu təqdirdə Suriyanın daxilində hərəkət etmək imkanını özündə saxlayır.

"Lakin biz nəyinsə baş verdiyini görsək, mən bu sayı artıra bilərəm", - deyə o vurğulayıb.

Müdafiə naziri avropalı müttəfiqlərinin Suriyadakı hərbi qüvvlərə töhfə verəcəyi təqdirdə, ABŞ ordusunun sayının daha da azaldılacağını istina etməyib. M. Esper qeyd edib ki, bəzi ölkələr bu istiqamətdə könüllülük nümayiş etdirir: "NATO müttəfiqi olan hər hansı ölkə 50 hərbçi təklif edərsə, biz öz 50 hərbçimizi geri çağıracağıq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR