Tramp: “Dünya liderləri mənə deyir ki, Ərdoğana zəng et, o, yalnız səni dinləyir”

Tramp: “Dünya liderləri mənə deyir ki, Ərdoğana zəng et, o, yalnız səni dinləyir”
# 18 avqust 2020 08:20 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp dünya liderlərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan kömək istədiklərini bəyan edib.

APA xəbər verir ki, Tramp bu barədə “Fox News”a müsahibəsi zamanı açıqlamasında bildirib.

ABŞ lideri qeyd edib ki, keçən həftə ölkə başçıları ona müraciət etdilər: “Dedilər ki, Ərdoğana zəng vura bilərsənmi? Dedim ki, Türkiyə prezidentinə niyə məhz mən zəng etməliyəm? Dedilər ki, o, yalnız sizi dinləyəcək - bizi dinləmir”.

Tramp adlarını açıqlamadığı liderlərə xitabən əlavə edib: "Sizcə bu, ABŞ-a görədir? Xeyr, bunun səbəbi özünüzdədir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR