Tramp koronavirusdan 5 dostunun öldüyünü bildirib

Tramp koronavirusdan 5 dostunun öldüyünü bildirib
# 23 iyul 2020 07:14 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyası səbəbindən beş dostunu itirdiyini bildirib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, o, bu barədə "Fox News" telekanalının efirində deyib.

Prezident bildirib ki, ölən dostlarından biri iş adamı olub: "O, Nyu-Yorkun daşınmaz əmlak bazarında uğur əldə etmişdi”.

Trapm iş adamı olan dostu barədə danışarkən deyib ki, onun koronavirus testi müsbət çıxdıqdan sonra xəstəxanaya yerləşdirilib: “Xəstəxanaya yerləşdirildikdən iki gün sonra komaya düşdü və bir neçə gün sonra öldü”.

ABŞ liderinin sözlərinə görə, bu faciəli epizod bir daha göstərir ki, koronavirus xəstəliyinə yoluxan, risk altında olan insanlara xüsusi qayğı göstərilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR