Tramp özünü Avram Linkolnla müqayisə edib

Tramp özünü Avram Linkolnla müqayisə edib
  • Clock-gray 08:59
  • calendar-gray 28 Avqust 2020

ABŞ lideri Donald Tramp özünü ölkə tarixində müstəsna yeri olan - quldarlığı azad etmiş prezident Avram Linkolnla müqayisə edib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, Tramp bu barədə mənsub olduğu Respublikaçılar Partiyasının qurultayında çıxış edərkən bildirib.

O qeyd edib ki, Avram Linkolndan bəri afroamerikalılar üçün istənilən prezidentdən daha çox iş görüb: "Afroamerika icması üçün 47 il vəzifədə olan Co Baydendən daha çox iş görmüşəm. Yenidən seçildiyim zaman daha da yaxşı olacaq". 

Xatırladaq ki, ABŞ tarixinin ən nüfuzlu prezidentlərindən hesab olunan Abram Linkoln ABŞ-da köləliyi ləğv edib. 1861-1865-ci illərdə prezident olduğu dövrdə, həmçinin, vətəndaş müharibəsinin qarşısı alınıb. 

Linkoln Respublikaçılardan seçilən ilk prezidentdir.

Rəşad Sarıyev

Digər xəbərlər