Bayden Trampla debat etməyə hazır olduğunu təsdiqləyib

Bayden Trampla debat etməyə hazır olduğunu təsdiqləyib
# 10 may 2024 06:43 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden hazırkı prezidentlik yarışı çərçivəsində sabiq ölkə lideri Donald Trampla debat etməyə hazır olduğunu təsdiqləyib.

APA xəbər verir ki, bu barədə C.Bayden D.Trampla debat etmək niyyətində olub-olmadığı sualına cavabında deyib.

"Bunu təşkil edin", - deyə ABŞ Prezidenti bildirib.

Bundan əvvəl də Amerika prezidenti D.Trampla debatlarda iştirak etməyə hazır olduğunu bildirmişdi.

Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR