Tramp pandemiyadan ziyan çəkən ABŞ iqtisadiyyatının yaxşılaşdığını bildirib

Tramp pandemiyadan ziyan çəkən ABŞ iqtisadiyyatının yaxşılaşdığını bildirib
# 03 iyul 2020 07:14 (UTC +04:00)

“ABŞ iqtisadiyyatı yeni növ koronavirus pandemiyasının mənfi təsirindən azad olub”.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Donald Tramp cümə axşamı ölkədə işsizliyin artması ilə bağlı məlumatları şərh edərkən bildirib.

ABŞ lideri qeyd edib ki, ABŞ Əmək Nazirliyinin məlumatına görə, iyun ayında işsizlik nisbəti 2,2% və 11,1% təşkil edib: “Son bir ayda iş yerlərinin sayı 4,8 milyon artıb. Bu rəqəm bütün gözləntiləri üstələdi. Bu, eyni zamanda, ölkə tarixində aylıq iş sayının ən əhəmiyyətli artımıdır".

Tramp əlavə edib ki, bugünkü məlumatlar ABŞ iqtisadiyyatının yaxşılaşdığını sübut edir: "Üçüncü rüb fantastik olacaq. Fikrimcə, əvvəllər bu cür inkişaf olmayıb. Bu rəqəmlərin seçkidən əvvəl qeydə alınacağı müsbət haldır, dördüncü rüb də inanılmaz dərəcədə yaxşı keçəcək. 2021-ci tarixi il olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR