Kanadada yanğınsöndürən təyyarə qəza enişi edib

Kanadada yanğınsöndürən təyyarə qəza enişi edib
# 24 iyun 2019 03:42 (UTC +04:00)

Kanadanın Alberta əyalətində “Lockheed L-188A Electra” yanğınsöndürən təyyarəsi qəza enişi edib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə "Global News” telekanalı məlumat yayıb.

Bildirilir ki, insident Red-Dir şəhər aeroportunda baş verib. Eniş zamanı təyyarənin ön şassisi tam açılmayıb. Təyyarədə həmin vaxt 4 nəfərin olduğu deyilir, onların arasında xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR