Meksikada avtomobil dərəyə düşüb, 7 nəfər ölüb

Meksikada avtomobil dərəyə düşüb, 7 nəfər ölüb
# 17 avqust 2019 05:32 (UTC +04:00)

Meksikada furqonun 40 metrdən çox dərinliyi olan dərəyə aşması nəticəsində 7 nəfər ölüb, daha 6 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “Jornada” nəşri yazıb.

Avtoqəza İdalqo ştatında baş verib. İlkin məlumata görə, sürücü idarəetməni itirib. Avtomobildə orkestrdə iştirak edən uşaqların valideynləri gedirmiş.

Hadisə yerində polis araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR